1. Bijuteriya nədir?

Bijuteriya – qızıl, gümüş kimi qiymətli metallardan yox, keyfiyyətli ərintilər, paslanmayan polad, mis, zinət daşları, şüşə, keramika və ya digər dekorativ materiallardan hazırlanmış aksesuarları əhatə edir.


2. Bijuteriya paslanırmı və ya qaralırmı?

Bəzi materiallar uzun müddət havada qalanda, su, parfüm və kosmetik məhsullarla təmasda olduqda qarala və ya rəngi solma göstərə bilər.
Paslanmayan polad, titanyum və keyfiyyətli örtüklü məhsullar isə uzun müddət rəngini qoruyur.


3. Bijuteriya allergiya yarada bilərmi?

Bəli, bəzi insanlarda nikel və ya müəyyən ərinti metallarına qarşı allergiya ola bilər. Allergiyaya meyilli olanlara nikelsiz, paslanmayan polad və ya titanyum məhsullar tövsiyə olunur.


4. Bijuteriyanın ömrünü uzatmaq üçün necə qulluq etməliyəm?

  • Su, parfüm, krem və sprey ilə təmasdan uzaq tutun;

  • İdman, duş və yuxu zamanı çıxarın;

  • Yumşaq parça ilə silin;

  • Hava keçirməyən qutuda və ya parça kisədə saxlayın.


5. Bijuteriya ilə dənizə və ya hovuza girə bilərəmmi?

Tövsiyə edilmir. Xlor və duzlu su, örtük və daşlara zərər verə bilər.


6. Bijuteriya qiymətli metaldan necə fərqlənir?

Bijuteriya qiymətli metal deyil, amma dizayn baxımından çox vaxt daha kreativ və əlçatan qiymətlidir. Əsas fərq – material tərkibidir.


7. Bijuteriya hədiyyə üçün uyğundurmu?

Bəli. Şık qablaşdırma və dizayn çeşidləri səbəbilə hədiyyə üçün çox seçilir. Sev biju.az mağazası xüsusi hədiyyə qutusu xidməti də təqdim edir.


8. Rəng və model fərqi ola bilərmi?

Bəli, bəzi hallarda ekran görüntüsü ilə real məhsul arasında kiçik rəng fərqi ola bilər. Bu, işıqlandırma və ekran ayarlarından asılıdır.


9. Bijuteriya necə ölçülür?

Üzük ölçüsü barmaq çevrəsi ilə, bilərzik və boyunbağı isə uzunluğu ilə ölçülür. Ən dəqiq ölçü üçün metr və ya ölçü lentindən istifadə edin.


10. Bijuteriyada zərgərlik daşları varmı?

Əksər hallarda sintetik daşlar, sirkon, şüşə və ya kristal istifadə olunur. Bəzən təbii daşlı modellər də olur, amma qiymətli daş deyil.


11. Məhsulu necə saxlamalıyam?

  • Quru yerdə;

  • Bir-birinə toxunmadan;

  • Ən yaxşısı – ayrı qutularda.


12. Rəng dəyişməsini necə təmizləmək olar?

Yumşaq, quru parça ilə silin. Kimyəvi təmizləyicilərdən istifadə etməyin, çünki örtüyə zərər verə bilər.


13. Bijuteriya neçə il istifadə edilə bilər?

Qulluqdan asılı olaraq bir neçə ayla bir neçə il arasında dəyişir. Yüksək keyfiyyətli materiallı bijuteriyalar 3–5 il rəngini və formasını qoruya bilər.


14. Geri qaytarma mümkündürmü?

Gigiyena səbəbilə istifadə olunmuş və ya qulağa taxılan məhsullar geri qaytarılmır.